...

Amerikanın xidmət şirkəti Azərbaycanda fəaliyyətini genişləndirir (ÖZƏL)

Energetika Materials 27 Mart 2025 11:11 (UTC +04:00)
Amerikanın  xidmət şirkəti Azərbaycanda fəaliyyətini genişləndirir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da yerləşən və quyulara müdaxilə xidmətlərinin aparıcı təchizatçısı olan CUDD Well Control Azərbaycan neft-qaz sektorunda daha fəal iştirakı hədəfləyir.

Bu barədə Trend-ə şirkətin nümayəndəsi Edilberto Kaço məlumat verib.

"Bizim marağımız bazarla bağlıdır. Biz Xəzər regionunda fəaliyyət göstərmişik, lakin biznes modelimiz tələbat əsasında xidmət göstərməyə yönəlib. Azərbaycanda və ya digər ölkələrdə fiziki olaraq iştirak etməsək də, beynəlxalq şirkətlərlə, xüsusilə bp ilə güclü əlaqələrimiz var. Onlarla qlobal xidmət müqaviləmiz mövcuddur və məhz buna görə - vəziyyətlə yaxından tanış olmaq və əlavə dəstək təklif etmək üçün- bura gəlmişik", - deyə Kaço bildirib.

O əlavə edib ki, şirkət Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə əlaqələri gücləndirməyə də xüsusi diqqət yetirir.

"SOCAR milli neft şirkəti olduğu üçün onların tələblərini anlamaq vacibdir. Biz bu bazarda naşı deyilik, lakin getdikcə iştirakımızı daha da artırırıq", – deyə Kaço vurğulayıb.

Qeyd edək ki, “CUDD Well Control” həm quruda, həm də dənizdə kritik quyulara müdaxilə sahəsində tanınmış liderdir. Şirkət, sənaye pionerlərinin təcrübəsinə əsaslanan dərin biliklər, innovativ texnologiyalar və yüksək səviyyəli hazırlıqla təkmilləşdirilmiş xidmətlər təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti