Bakı. Trend:
Serbiyanın Mədən və Energetika Nazirliyində neft və qaz üzrə nazir müavininin vəzifəsini icra edən Saşa Kokoviç Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə diplomatik mənblərdəm məlumat verilib.
"O, aprelin 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək", - deyə mənbə bildirib.
Qeyd edək ki, bu il aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası keçiriləcək.
Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan təbii qazı Avropaya nəql edir.
CQBK-ə üç əsas boru kəməri sistemi daxildir: Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP). Dəhlizin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrə qədər artırılması mümkündür.
X: @Lyaman_Zeyn