...

Korroziya ilə mübarizə üçün yeni texniki həllər nəzərdən keçirilir - SOCAR

Energetika Materials 4 Fevral 2026 11:04 (UTC +04:00)
Korroziya ilə mübarizə üçün yeni texniki həllər nəzərdən keçirilir - SOCAR
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Korroziyaya qarşı mübarizə məqsədilə yeni texniki həllər nəzərdən keçirilir.

Trend xəbər verir ki, bunu SOCAR-ın quyuların tikintisi üzrə direktorunun müşaviri Vüsal Rəcəbov Bakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisində bildirib.

“Biz borular üçün material seçimini yenidən nəzərdən keçiririk və korroziya ilə mübarizə məqsədilə xromlaşdırılmış və ya xüsusi örtüklü boruların tətbiqini planlaşdırırıq.

Boruların korroziyası problemi bizim üçün ciddi məsələdir. Əvvəllər istifadə olunan metal borular əhəmiyyətli həcmdə su hasilatına başlanılanadək qənaətbəxş idi.

Su tərkibinin artması ilə biz sürətlənmiş korroziyanı müşahidə etməyə başladıq. Hazırda borular üçün material seçimini yenidən nəzərdən keçiririk və korroziyaya qarşı mübarizə məqsədilə xromlaşdırılmış və ya xüsusi örtüklü boruların tətbiqini planlaşdırırıq”, – deyə o qeyd edib.

V. Rəcəbov vurğulayıb ki, bir çox quyularda və yataqlarda perforasiyalı mühafizə boru kolonlarının geniş tətbiqi nəzərə alınaraq, perforasiya intervallarının konstruksiyası əksər yataqlar üçün böyük ölçüdə standartlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti