...

AZƏRBAYCANIN QAZ EMALI ZAVODUNUN ÖZƏLLƏŞDİRİLMƏSİ ÜÇÜN TENDER ELAN EDİLİB

Energetika Materials 24 İyun 2005 13:52 (UTC +04:00)

Azərbaycan hökuməti iyun ayında Azerbaijan Qaz EmaliSəhmdar Cəmiyyətinin (Qaradağda Azərbaycanın qaz emalı zavodu) özəlləşdirilməsi üçün tenderin keçiriməsini elan edibHökumətdən Trend ə verilən məlumata görə, özəlləşdirməyə zavodun 87,14% səhmi çıxarılıb,qalan 12,86%səhmlər isə səhmdar cəmiyyəğtin işçiləri arasında bölüşdürülüb. "Qaydaya görə müəssisənin əməkdaşları arasındja səhmlərin 15% -i bölüşdürülməli idi, lakin səhmlərini dəyərinin yüksək olması ilə bağlı olaraq kollektik yalnız onların 12,86% -ni ala bilib", - deyə hökumətdən bildiriblər.

Hökumətdə onu da bildiriblər ki, tender təklifləri 2005-ci il iyulun 15-nə kimi qəbul ediləcək, təkliflərə qiymət verilməsi iölun 25-zdə nəzərdə tutulub. Özəlləşdirmə investisiya müsabiqəsi yolu ilə həyata keçiriləcək. İştirakçılar 1 milyard manat (212 min dollar) bank zəmanəti təqdim etməlidirlər, qalib isə İqtisadi İnkişaf Nazirliyinə300 min özəlləşdirmə çeki təqdim etməli və büdcəyə5,5 milyard manat (1,166 milyon dollara yaxın) məbləğində pul ödəməlidir.

Zavod 1961-ci ildə istifadəyə verilib. Onun layihə üzrə emal gücüildə 6,5 milyard kubmetr qaz və 650 min ton qaz kondensatı təşkil edir.

Trend in əldə etdiyi məlumata görə, 2005-ci il mayın 1-də zavodun dövriyyə kapitalı 19,359,210,000 manat, ümumi borcu - 422,038 milyard manat, debitor borcu- 373,967 milyard manat təşkil edib.

2005-ci ilin yanvar-may aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)və ölkənin Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) 2004-cü ilin analoji dövrü ilə müqayisədəemal olunmaq üçün SC-yəemal olunmaq üçün tədarük olunan qazı azaldıblar. 2005-ci ilin beş ayı ərzindəAR DNŞ zavoda 17,6 milyon kub metr qaz tədarük edilib ki, bu da 2004-cü ilin analoji dövri ilə müqayisədə 1,1 milyon kub metr azdır. 2005-ci ilin 5 ayı ərzində AR DNŞ tərəfindən qaz tədarükü planının yerinə yetirilməsi 59,9 % təşkil edir. 2005-ci ilin beş ayı ərzində isə ABƏŞ Azerbaijan Qaz Emali zavoduna 7,6 milyon kubmetr qaz tədarük edib ki, bu da 2004-cü ilin analoji dövri ilə müqayisədə 0,4 milyon kubmetr qaz azdır. ABƏŞ tərəfdən qaz tədarükü planının yekrinə yetirilməsi 65% təşkil edib.

Ümumilikdə, 2005-ci ilin yanvar-may aylarında zavoda emal olunmaq üçün 25,2 milyon kubmetr qaz tədarük olunub ki, bu da 2004-cü ilin beş ayı ilə müqayisədə 1,5 milyon kubmetr azdır. Tədarük planının yerinə yetirilməsi 61,3 % təşkil edib.

Xəbər lenti

Xəbər lenti