...

AR DNF-İN İCRAÇI DİREKTORU ABŞ-A YOLA DÜŞÜB

Energetika Materials 11 İyul 2005 17:07 (UTC +04:00)

AR DNF missiyası Azərbaycan Dövlət Neft Fondunun (AR DNF) icraçı direktorunun rəhbərliyi ilə ABŞ-a yola düşüb. Dövlət Neft Fondundan Trend agentliyinə verilən məlumata görə, bu səfər iyulun 14-ə qədər davam edəcək və onun çərçivəsində Cuno (Alyaska ştatı) və Nyu-Yorka baş çəkmək planlaşdırılır.

Səfərin əsas məqsədi Alyaska fondunun iş təcrübəsinin və onun ayrı-ayrı strukturlarının öyrənilməsidir. Səfər ABŞ-ın Ticarət və İnkişaf Agentliyi, Overture Financial Services LLC şirkəti tərəfindən həyata keçirilən texniki yardımın göstərilməsi layihəsi ("Azərbaycan Dövlət Neft Fondunun institusional inkişafının təkmilləşdirilməsi" layihəsi) çərçivəsində həyata keçirilir.

Səfərin gedişində Aylyaska fondunun icraçı direktoru Maykl Bern və bu ştatın qubernatoru Murkovski ilə görüşlər planlaşdırılır. Nyu-Yorkda ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin Avrasiya üzrə regional direktoru Dinael Steynlə görüş gözlənilir.

Qeyd edək ki, aprel ayında Overture Managed Solutions (OMS) şirkətinin törəmə şirkəti (Overture Financial Services LLC şirkətinin törəməsi) "Azərbaycan Dövlət neft fondunun institusional inkişafının təkmilləşdirilməsi" layihəsinin icrasına başlayıb. Layihəni 9 ay müddətinə başa çatdırmaq planlaşdırılır.

2005-ci il yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondu və Overture Financial Services şirkəti arasında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən layihənin həyata keçirilməsinə dair razılıq imzalanıb.

2004-cü ilin noyabrında OMS şirkəti TİA tərəfindən keçirilmiş tenderin qalibi elan olunub. Baş ofisi Nyu-Yorkda yerləşən OMS şirkəti maliyyə müəssisələrinə vəsaitlərin qoyulması üçün ən müasir idarəetmə sistemlərinin inşası üzrə ixtisaslaşır.

OMS həmçinin vəsaitləri idarə edən maliyyə təşkilatlarında, təqaüd fondlarında və digər fondlarda bu sistemlərin tətbiq olunması üzrə məsləhət xidmətləri təqdim edir.

AR DNF-in və Fondun institusional quruluşunun təkmilləşdirilməsi məqsədi ilə 2004-cü il mayın 19-da Bakıda TİA və AR DNF arasında 1 091 min dollar ölçüsündə texniki yardımın (qrant) ayrılmasına dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti