...

ARDNŞ NOVOROSSİYSK LİMANINDAN İKİ NEFT PARTİYASININ SATIŞI ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 20 İyul 2005 17:50 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) avqustun sonlarında Novorossiysk limanından 164 min ton FOB bazisli Azeri Light netinin iki tanker partiyası üzrə tender elan edib.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, həcmi 82 min ton olan birinci partiya avqustun 12-15-də Novorossiyskdəki 2 saylı körpüdən, ikincisi isə avqustun 20-21-də yüklənəcək. Tenderin nəticələri gələn həftə məlum olacaq.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, Rusiyanın "Transneft" Aksioner Şirkəti birtərəfli qaydada Dövlət Neft Şirkətinin elanını nəzərdən keçirib və avqustda 410 min ton Azərbaycan neftini qəbul etməkdən imtina edib. " "Transneft" bizə yalnız 388 min ton neft qəbul etməyə hazır olduğunu bəyan edib." -deyə ARDNŞ-dən bildiriblər.

ARDNŞ avqusta Novorossiysk limanından hər biri 82 min ton olmaqla 5 partiya neft yüklənməsini nəzərdə tutub ki, onun ümumi həcmi 410 min ton təşkil edir. Bu həcmdən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına bir, yerdə qalan dördü isə biri ARDNŞ-in olmaqla Azərbaycanın payına düşür.

Lakin "Transneft" Azərbaycan tərəfinə avqustda Novovrossiyskdən hər birində 82 min ton olmaqla 3 neft partiyası göndərməyi təklif edib ki, bunun da ümumi həcmi 142 min ton təşkil edir. Hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur.

İlini əvvəlindən ARDNŞ-dən nefti tender yolu ilə aşağıdakı şirkətlər alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min. ton);
iyun - Mercuria Energy Trading (82 min ton).
İyul - Mercuria Energy Trading (170 min ton).

Xəbər lenti

Xəbər lenti