Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Novorossiysk limanından yüklənən 164 min ton Ural neftinin satışına dair tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə bildirildiyi kimi, İsveçrənin Sun Oil şirkəti tenderin qalibi olub.
AR DNŞ nümayəndəsinin sözlərinə görə, birinci partiya - 82 min ton neft avqustun 14-15-də Novorossiyskdən, N2 körpüsündən, ikinci partiya isə avqustun 20-21-də yüklənəcək.
İlin əvvəlindən etibarən tenderlərdə aşağıdakı şirkətlər Novorossiyskdən neft alıb:
Yanvar- LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (82 min ton).
iyul - Mercuria Energy Trading (170 min ton).
avqust - Sun Oil (164 min ton).