...

BAYIA-ENERJI 2007-Cİ İLİN SONLARINADƏK REGİONLARDA SAYĞACLARIN QURAŞDIRILMASINI BAŞA ÇATDIRACAQ

Energetika Materials 28 İyul 2005 17:25 (UTC +04:00)

Bayva-Enerji 2007-ci ilin sonlarınadək şirkətin xidmət göstərdiyi Azərbaycanın 46 rayonunda elektroik sayğaclarının quraşdırılmasını başa çatdırmaq niyyətindədir. Bu barədə Trend ə Bayva-Enerji-dən məlumat veriblər.

Hər gün 700-800-dən artıq sayğac quraşdırılsa da, bu zaman şirkət bir sıra problemlərlə üzləşir.

"Qanunsuz xəttlərin ləğv edilməsi və elektrik ötürücü xəttlərin tikilməsi əlavə vaxt və vəsait tələb edir. Bu istiqamətdə Əli-Bayramlı, Gəncə, Şamaxı, Göyçay, Mingəçevir, Şəmkir, Goranböy, Saatlı, Sabirabad, Kürdəmir, Lənkoran, Hacıqabul və digər rayonlarda fəal işlər aparılır", - deyə şirkətdən göstəriblər.

Bayva-Enerji-də qeyd ediblər ki, regiondlarda sayğacların quraşdırılmasının hələ başa çatmamasına baxmayaraq, burada enerjinin fasiləsiz verilməsi təmin edilib. Tədqiqatlar göstərir ki, sayğacların quraşdırılması nəticəsində istehlakçıların tələbatı əhəmiyyətli dərəcədə azalıb.

Cari ildə Rusiya və Qazaxıstan istehsalı olan ümumilikdə 250 min sayğacın quraşdırılacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti