...

BP ŞİRKƏTİN SABİT İNKİŞAFINA DAİR HESABAT TƏQDİM EDİB

Energetika Materials 8 Avqust 2005 17:05 (UTC +04:00)
BP ŞİRKƏTİN SABİT İNKİŞAFINA DAİR HESABAT TƏQDİM EDİB

Bu gün Azərbaycanda iri xarici neft-qaz operatoru olan BP şirkətin ölkədə sabit inkişafına dair hesabat təqdim edib. Trend agentliyi bildirir ki, hesabatda 1994-2024-cü illər dövründə "Azəri-Çıraq-Günəşli" (ACG), BTC, "Şah-dəniz" (SD) və SCP layihələrinin gerçəkləşdirilməsindən Azərbaycanın gəlirlərinin təxmini qiymətlərlə əsasən, $107 mlrd.təşkil edəcəyi qeyd olunur.

Sənəddə həmçinin qeyd olunur ki, 2004-cü ildə ACG, BTC, SD/SCP, "İnam" və "Alov" layihələri üzrəç kapital xərcləri $5,123 mlrd.təşkil edib.Bu məbləğin böyük hissəsi - demək olar ki, $2,555 mlrd. "Azəri-Çıraq-Günəşli" layihəsinin payına düşür.

"BP Group-da biz artıq 14 ildir ki, belə hesabatın hazırlanması ilə məşğuluq. Hələ 1991-ci ildə biz birinci məruzəni hazırlamışdıq, həmin məruzə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi kimi müxtəlif məsələləri əhatə edirdi.Bu gün bizim hesabatlar çoxalıb və bunlar VP-nin fəaliyyəti barədə tam təsəvvür yaradır" -deyə avqustun 8-də keçirilən mətbuat - brifinqdə BP group-un sabit inkişaf siyasəti üzrə meneceri Devid Bikerton bəyan edib.

BP Azerbaijan şirkətinin rəhbəri Devid Vudvordun sözlərinə görə, hazırda biznes xidmətinə yönəldilən investisiyaların 70%-i yerli şirkətlərlə sərf edilir.

Xəbər lenti

Xəbər lenti