...

ARDNŞ AVQUSTDA NOVOROSSİYSKDƏ NEFT PARTİYASININ SATIŞI ÜZRƏ TENDERİ BAĞLI ELAN EDİB

Energetika Materials 9 Avqust 2005 13:56 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından FOB bazisli 142 min ton Urals neftinin satışı üzrə tenderi bağlı elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Glencore treyderi olub.

"Biz güman edirik ki, Glencore avqustun 29-30-da Novorossiysk limanının 1 saylı körpüsündən 142 min ton neft yükləyəcək", - deyə ARDNŞ-dən bildiriblər. Qeyd edək ki, Glencore bu il ARDNŞ-dən tenderlə bu partiya nəzərə alınmaqla Novorossiyskdən 302 min ton neft alıb.

İlin əvvəlindən ARDNŞ-dən tenderlə Novorossiyskdən aşağıdakı şirkətlər neft alıb:

yanvar - LUKOIL (140 minq ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (82 min ton);
iyul - Mercuria Energy Trading (170 min ton);
Avqust - Sun Oil (164 min ton); Glencore (142 min ton).

Xəbər lenti

Xəbər lenti