...

YANVAR-İYUL AYLARINDA BM VƏ ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ TƏRƏFİNDƏN QURUDA 561 MİN TON NEFT HASİL EDİLİB

Energetika Materials 12 Avqust 2005 15:26 (UTC +04:00)

2005-ci ilin yanvar-iyul ayları ərzində birgə müəssisələr (BM) və əməliyyat şirkətləri tərəfindən Azərbaycanın qurudakı yataqlarından 561 088 ton neft hasil edilib. Bu barədə Trend ə məlumatlı mənbələrdən bildirilib. Həmin göstərici 2004-cü ilin analoji dövrü ilə müqayisədə 5,2% çoxdur.

İyul ayında 81 511 ton neft çıxarılıb. Salyan Oil ƏŞ 29 377 ton, Shirvan Oil BM - 19 721 ton, KAOC ƏŞ - 22 151 ton, Azgerneft BM - 5425 ton, Anshad Petrol BM - 3949 ton, GOC ƏŞ- 457 ton, AzShengli - 431 ton neft hasil edib.

2005-ci ilin yanvar-iyul aylarında BM və əməliyyat şirkətləri tərəfindən quruda çıxarılan neftin ümumi cədvəli aşağıdakı kimidir:

BM və ƏŞ

yanvar-iyul 2005 (ton)

2004-cü ilin yanvar-iyul ayları üçün % göstəricsi

Salyan Oil

203652

92,8

Shirvan Oil

137184

92,0

KAOC

152984

153,2

Azgerneft

34991

97,4

Anshad Petrol

26673

107,2

GOC

2867

121,8

AzShengli

2737

146,1

Xəbər lenti

Xəbər lenti