...

DÖVLƏT NEFT ŞİRKƏTİ GÜRCÜSTANA MAYE QAZIN İXRACINI BƏRPA EDİB

Energetika Materials 23 Avqust 2005 19:12 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün gürcü bazarına 280 ton maye qaz yola salıb. ARDNŞ-dən Trend ə verilən məlumata görə, şirkətə Gürcüstana 1490 ton maye qaz ixrac etmək barədə tapşırıq verilib.

2005-ci ilin yanvar-iyun ayları ərzində ARDNŞ ümumi həcmi 6,7 min ton olan maye qaz ixrac edib ki, bu da ötən ilin birinici yarısı ilə müqayisədə 2,6 min ton çoxdur. İyunda 2,8 min ton butan qazı ixrac olub ki, bu da may ayındakından 0,9 min ton çoxdur.

ARDNŞ Gürcüstanın 4 - Anesi Oil, Air service, Eurogas, Kopetnari şirkəti ilə maye qaz satışı üzrə müqavilə imzalayıb.

ARDNŞ-in satdığı Azərbaycanın maye qazı "Heydər Əliyev adına" (keçmiş Azerneftyanacag) NEZ-dakı katalitik krekinq qurğusunda istehsal olunur.

Xəbər lenti

Xəbər lenti