...

XARİCİ EKSPERT HESAB EDİR Kİ, TƏBİİ QAZIN HAZIRKI TARİFLƏRİ ONUN NƏQLİNƏ, SAXLANILMASINA VƏ BÖLÜŞDÜRÜLMƏSİNƏ OLAN XƏRCLƏRİ ÖDƏMİR

Energetika Materials 25 Avqust 2005 19:19 (UTC +04:00)

Azərbaycanda təbii qazın hazırkı tarifləri qazın öz dəyərini ödəməsinə baxmayaraq onun nəqlinə, saxlanılmasına və bölüşdürülməsinə olan xərcləri ödəmir.Bu barədə "Tpend" agentliyinə PA Consulting Group layihə işçi qrupunun başçısı Maknill Votkins (McNeill Watkins) bildirib.

Onun sözlərinə görə, cari ildə Azərbaycan hökuməti qaza olan tələbata tarifləri iki dəfə artırıb və bunlar "Qazeksport" MMC-dən ( "Qazprom" ASC-nin törəmə strukturu) alınan qazın qiymətinə daha yaxındır.

M.Votkins hesab edir ki, nəzərə alsaq ki, Azəriqaz QSC alınan əlavə vəsaitləri sayğacların quraşdırılmasına və xidmətlərin yaxşılaşdırılmasına yönəldib, onda tariflərin artırılması qaz sektorunun təkmilləşdirilməsinə imkan yaradıb.

2005-ci il martın 1-dən bütün iri istehlakçılar və əhali üçün təbii qazın qiymətləri 1 min m3 üçün 236 min manat səviyyəsində qərar tutub.

Xəbər lenti

Xəbər lenti