...

BARMEK AZƏRBAYCAN İŞÇİLƏRİN İMTAHAN VERMƏKLƏ İŞƏ QƏBUL OLUNMALARI HAQQINDA QƏRAR QƏBUL EDİB

Energetika Materials 29 Avqust 2005 16:55 (UTC +04:00)

Barmek Azərbaycan (Bakı və Sumqayıt elektrik paylayıcı şəbəkə operatoru) işçilərin imtahan verməklə işə qəbul olunmalarına dair qərar qəbul edib. Şirkətdən Trend ə verilən məlumata görə, bu metodla Barmek Azərbaycan şirkətdə boş yerlərə namizədlərin məqsədyönlü seçilmələrini təmin etmək niyyətindədir.

Şirkət iyulun 30-da bu istiqamətdə energetika mütəxəssislərinin işə qəbul olunmaları üçün müsabiqə keçirib. "Müsabiqə yazılı və şifahi yolla keçirilir. Şifaşi imtahandan uğurla keçmiş 36 pretendet şirkətdə işlə təmin olunub.

İmtahan komissiyası kadrlara ehtiyacı nəzərə alaraq daha yüksək qiymət almış namizədlərin işə götürülməsinə dair qərar qəbul edib. İmtahanların nəticələrinə görə, 53 nəfər işə götürülüb", - deyə şirkətdə bildirilib.

Barmek Azərbaycan texniki heyətin seçilməsi üzrə növbəti imtahanı avqustun 27-də keçirib. İmtahanda müraciət etmiş 193 nəfərdən 152-si iştirak edib. 44 bal toplamış 89 pretendent kadrlar siyahısına daxil edilib.

Xəbər lenti

Xəbər lenti