...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ 2005-Cİ İLİN GƏLİRLƏRİNDƏN VERGİLƏRİ ÖDƏMƏYƏ BAŞLAYIB

Energetika Materials 3 Sentyabr 2005 12:41 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağında işləyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) artıq cari ilin mənfəətindən vergiləri ödəməyə başlayıb. Maliyyə naziri Əvəz Ələkbərovun Trend ə verdiyi məlumata görə, ABƏŞ 2005-ci ilin gəlir vergilərinin ödənilməsinə AÇG blokundakı Azeri Light növündən olan müqavilə neftinin Bakı-Ceyhan Tbilisi boru kəmərinin istismara verilməsi ilə bağlı əsas həcminin ixrac ilə bağlı ödəməyə başlayıb.

" 2006-cı ildə konsorsiumun 1,3 trilyn manat ödəyəcəyi gözlənilir. Lakin bu proqnoz yalnız neftin qiymətinin bir barelə görə 40 dollar olacağı zaman özünü doğrulda və ola bilsin ki, yuxarı ola bilər ", - deyə Ə.Ələkbərov qeyd edib.

Yanvar -iyul aylarında ABƏŞmüxtəlif marşrutlarla 5,49 milyn. ton neft icrac edib ki, bu da ötən ilin 7 ayındakından 2,077 milyn. ton çoxdur. Bu dövrdə neft hasilatı 6,065 milyn. ton təşkil edib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,533 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti