Sentyabrda AR DNŞ LUKOIL şirkətinin nümayəndələri ilə Azərbaycanın Xəzər sektorunun "Yalama" strukturunda (blok D-222) ikinci kəşfiyyat quyusunun qazılmasının perspektivlərinə dair danışıqların aparılmasını istisna etmir. Bu barədə Trend ə Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev məlumat verib.
Onun sözlərinə göbrə, bununla əlaqədar Rusiya şirkətinin nümayəndələrinin Azərbaycana səfəri nəzərdə tutulub. "Hazırda LUKOIL "Yalamada" kəşfiyyat quyusunun qazılmasından sonra alınmış məlumatın qiymətləndirilməsi ilə məşğuldur. Strukturda ikinci quyunun qazılması ilə bağlı şirkətlə razılıq əldə olunub. Lakin LUKOIL şirkəti hesab edir ki, quyunun qazılması heç bir nəticə verməyəcək. Fikrimizcə, bu, strukturun geologiyası haqqında yeni məlumatların əldə olunması üçün böyük əhəmiyyət kəsb edir, belə ki, o, bizim üçün naməlum zonadır", - deyə N.Əliyev qeyd edib.
AR DNŞ prezidenti bəyan edib ki, LUKOIL şirkəti ikinci quyunun qazılmasına razılıq verməsə, kompensasiya ödəməli olacaq.
"D-222" bloku Xəzər dənizinin Azərbaycan və Rusiya sektorlarında bərabər yerləşmiş Yalama" strukturunun dənizin şimal-şərqində ən böyük hissəsidir. Dənizin dərinliyi burada 80 metrdən 700 metrə qədərdir. Blokun sahəsi isə 3 037 km2-dir.