...

AR DNŞ "LÖKBATAN" YATAĞINDA İSTİSMAR QUYUSUNUN QAZILMASINA BAŞLAYIB

Energetika Materials 10 Sentyabr 2005 15:16 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti cari ildə ilk dəfə olaraq "Lökbatan" yatağında N425 istismar quyusunun qazılmasına başlayıb. AR DNŞ-dən Trend ə verilən məlumata görə, qazma işləri "Qobustan" axtarış-qazma işləri idarəsi ("Azneft" AR DNŞ-ə daxildir) tərəfindən həyata keçirilir.

Quyunun layihə dərinliyi 2500 metrdir. Hazırda 500 metrdən artıq sahə qazılıb. Qazmanın orta günlük tezliyi 33 metrə bərabərdir.

AR DNŞ-də o da bildirilib ki, bu quyuda qazma işləri ilin sonuna kimi başa çatacaq.

"Qobustan" axtarış-qazma işləri idarəsi bu quyu ilə yanaşı, "Şimali Naftalan" yatağında kəşfiyyat quyusunun, "Suraxanı" və "Puta" yataqlarında isə istismar quyusunun qazılmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti