...

İLİN SONUNADƏK BARMEK AZERBAYCAN PLC SİSTEMİNİN TƏTBİQİ ÜÇÜN KONKRET TƏDBİRLƏR HZƏYATA KEÇİRƏCƏK

Energetika Materials 28 Sentyabr 2005 17:27 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerji paylayıcı şəbəkəsinin operatoru) Azərbaycanda RLS (elektrik verilişi xətti vasitəsilə rabitə) yeni texnologiya sisteminin tətbiqi üçün işlər aparır.Bu barədə Trend ə sentyabrın 28-də Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul bildirib.

Onun sözlərinə görə, hazırda PLC sayğacların hesablanması avtomatlaşdırılımış sisteminə (BASO) daxil edilir. Yeni texnologiya elektrik məftili vasitəsilə mərkəzi sistemə informasiya ötürülməsinə imkan verir.

"Sistemin tətbiqinin genişləndirilməsi üçün biz rabitə və informasiya texnologiyaları nazirliyindən provayder xidmətləri cöstərilməsi hüququnda lisenziya almaq niyyətindəyik.Biz çox yaxın vaxtda nazirliyə müraciət edəcəyik.İlin sonunadək texnologiyanın tətbiqi istiqamətində konkret addımlar həyata keçiriləcək" -deyə o qeyd edib. PLC sisteminin tətbiqi elektrik enerjisi alan bütün abunəçiləri aşağı qiymətlə yüksək səviyyəli internet xidmətləri ilə təmin etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti