...

Azərenerji "Şimal" DRES-də ikinci buxar-qaz qurğusunun tikintisi barədə ilkin təklifə baxmağa hazırdır

Energetika Materials 25 Noyabr 2005 18:14 (UTC +04:00)

Azərenerji Səhmdar Cəmiyyəti "Şimal" DRES-də ikinci buxar-qaz qurğusunun (BQQ) tikintisi çərçivəsində məsləhətçinin seçilməsi üzrə tenderdə iştirak edəcək 4 şirkətin ilkin təkliflərini nəzərdən keçirməyə hazırdır. Bu barədə Trend ə SC-in vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

"Biz Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə bu şirkətlərin siyahısını razılaşdırmışıq. Siyahıda 4 xarici şirkətdən ikisi yapon şirkətidir. Biz bu şirkətlərə öz ilkin təkliflərinin təqdim edilməsi üçün müraciət göndərmişik ", - deyə o bildirib.

Azərenerji SC ilin sonuna kimi 2-ci BQQ-nun tikintisi üzrə baş podratçını müəyyən etmək məqsədilə tenderin elan edilməsi üçün məsləhətçinin təyin etmək niyyətindədir.

JBIC-nin Azərbaycana təqdim etdiyi güzəştli uzunmüddəli 29 milyard 280 milyon yapon ieni (275 milyon dollardan artıq) müqavilə mayın 13-də Bakıda imzalanıb. Bu kredit Azərbaycana 10 illik güzəştli müddətlə 40 illiyə, 0,75% faizaltı dərəcə ilə verilir. Layihənin ümumi dəyəri $330 miln -dan artıqdır.

Xəbər lenti

Xəbər lenti