...

ARDNŞ yaxın vaxtlarda "Neftğ Daşları" yatağında yeni quyunun qazılmasını başa çatdırmaq niyyətindədir

Energetika Materials 13 Dekabr 2005 18:55 (UTC +04:00)

ARDNŞ bu ilin sonunda yaxud 2006-cı ilin əvvəlində "Neftğ Daşları" yatağında yeni quyunun qazılmasını başa çatdırmaq niyyətindədir. ARDNŞ-də "Tpend" ə bildirilib ki, geoloqlar "Neft daşları" yatağındakı yeni 2312 saylı quyudan alınmış nəticələrin təhlilini aparır. Quyunun layihə dərinliyi 2900 metr təşkil edir və hazırda işlər 2740 metr dərinlikdə aparılır.

ARDNŞ 2005-ci ilin aprelindən quyunun qazılmasında problemlərlə üzləşib. Səbəb proqnozlaşdırılmış dərinlikdə karbohidrogen ehtiyatlarının aşkar edilməməsidir. Hazırda ARDNŞ-in geoloqları quyuda tədqiqat aparır. Quyudan sutkada təxminən 40 ton neft hasilatı nəzərdə tutulur. Qazma işlərini "Bayıl Limanı" Dəniz qazma və kəşfiyyat işləri İdarəsi aparır.

Xəbər lenti

Xəbər lenti