...

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda əlvan neft məhsullarının ixracı üzrə tenderi bağlı elan edib

Energetika Materials 14 Dekabr 2005 15:02 (UTC +04:00)

Azərbpaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2006-cı ilin birinci yarımilində Gyürcystan istiqamətində əlvan neft məhsullarının iki növünün satışı üzrə tenderi bağlı elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, dizel yanacağının və avtomobil benzininin satışı üzrə tenderin qalibi ən yaxşı təkliflər verən Gürcüstanın "Saknavtobtransi" (keçmiş "Qruzneftetrans") Dövlət Şirkəti olub.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda şirkət ilə müqavilə hazırlanacaq və əlvan neft məhsullarının tədarükünün həcmi müəyyən ediləcək. "Bakının "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacag) NEZ-nun yanacağın satışa hazır olduğunu təsdiqləməsindən sonra biz "Saknavtobtransi" ilə birinci yarımildə tədarükün konkret həcmini müəyyən edəcəyik", - deyə ARDNŞ-dən bildirilib.

Qeyd edək ki, "Saknavtobtransi" DŞ ənənəvi olaraq Gürcüstanda Azərbaycanın neft məhsullarının ən böyük alıcısıdır.

Yanvar-noyabr aylarında ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi "Heydər Əliyev adına" NEZ-dan 269,4 min ton avtomobil benzini və 409,1 min ton dizel yanacağı ixrac edib.

Xəbər lenti

Xəbər lenti