...

2005-ci ildə Azərneftyağ NEZ ilk dəfə olaraq naftanın ixracına başlayacaq

Energetika Materials 16 Dekabr 2005 19:42 (UTC +04:00)

Dekabrda AR DNŞ-in tərkibinə daxil olan və neft məhsullarının sərbəst ixracatçısı olan Azərneftyağ NEZ 2005-ci il ərzində ilk dəfə olaraq nafta ixrac edəcək. Bu barədə Trend ə NEZ-dən məlumat verilib.

20 min ton həcmində nafta ilin sonuna kimi nəql olunacaq. "Lakin bu rəqəm kiçik həcmdə nafta istehsalı ilə əlaqədar az ola bilər", -deyə NEZ-dən bildirilib.

Bu vaxta kimi nafta Heydər Əliyev adına NEZ-də (keçmiş Azərneftyanacaq) və Azərkimya Dövlət Şirkətində tədarük olunurdu. Azərkimya DK-nın tərkibinə daxil olan EP-300 zavodu ilin əvvəlindən Azərneftyağdan 240 min ton nafta alıb. 2006-cı il ərzində müəssisə NEZ-dən təxminən 300 min ton nafta almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti