...

Azneftkimyamas ASC 83 mlrd manat dəyərində məhsul istehsal edib

Energetika Materials 21 Dekabr 2005 12:27 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında Azneftkimyamas ASC 83 mlrd manat dəyərində neft-mədən, geloloji-kəşfiyyat avadanlıqları, alətləri və ehtiyat hissələri istehsal edib, o cümlədən sənaye və elmi-texniki xidmətlər göstərib ki, bu da 2004-cu ilin analoji dövrü ilə müqayisədə 7,5% çoxdur.

Azneftkimyamas Azərbaycan prezidentinin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamas DK-nın bazasında yaradılıb. Onun tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-quraşdırma intsitutları daxildir.

ASC-də bildirilib ki, bu dövr ərzində Səttarxan adına maşınqayırma zavodunda istehsalın həcmi 13 mlrd manat, Sabunçu EİB-də - 10,2 mlrd. manat, Bakı maşınqayırma zavodunda - 7 mlrd manat, Suraxanı maşınqayırma zavodunda - 11,2 mlrd manat, Sərdarov adına zavodda - 5,7 mlrd manat təşkil edib.

2004-cü ildə Azneftkimyamas 85 mlrd manat həcmində məhsul istehsal etmişdir ki, bu da 2003-cü ilin göstəricsindən 8 mlrd manat artıqdır.

Xəbər lenti

Xəbər lenti