...

Barmek Azərbaijan şimal-şərq rayonlarında elektrik enerjisinin istifadəsi üçün borcların ödənilməsi müddətini uzadıb

Energetika Materials 21 Dekabr 2005 17:31 (UTC +04:00)

Barmek Azərbaijan (Bakı və Sumqayıtın enerjipaylayıcı şəbəkələrinin operatoru) şimal-şərq rayonlarında elektrik enerjisinin istifadəsi üçün borcların ödənilməsi müddətini dekabrın 26-dək uzadıb. Bu barədə Trend ə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tanpıvepdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət bu müddət başa çatana kimi dekabrın 15-dən başlayaraq borcluların elektrik enerjisinin kəsilməsini dayandırıb. "Xaçmaz Elektrik Enerjisinin satışı və İstismarı Regional İdarəsinin 40 min abunəçisinin ümumilikdə 8 mlrd manat həcmində borcu var. "Əgər abunəçilər bu müddət başa çatana kimi bu borcu ödəməsələr, biz kampanyianı bərpa etməyə məcbur olacağıq" - deyə o bildirib.

Barmek Azərbaijan noyabrın 21-dən etibarən Bakı şəhərində sayı 40 mindən artıq olan borcu olan abunəçilərə qarşı ciddi tədbirlər həyata keçirməyə başlayıb. Onların borclarının ümumi həcmi 300 mlrd manatdan artıqdır. T.Mustafayev qeyd edib ki, Bakıda son bir neçə gün ərzində əhali kateqoriyasına aid olan 3 mindən artıq abunəçinin elektrik təchizatı dayandırılıb və onlardan 762 abunəçi artıq ödənişi həyata keçirib. Bakıda və Sumqayıtda hazırda boru olan abunəçilərin sayı 18-22 mindir, onların borcu isə 80 mlrd manatdır.

Xəbər lenti

Xəbər lenti