...

Şəffaflıq Koalisiyası ARDNF-in məxaric monitorinqinin keçirilməsi mexanizminin təkmilləşdirilməsini təklif edir

Energetika Materials 28 Dekabr 2005 14:10 (UTC +04:00)

Azərbaycan Dövlət neft fondunun (ARDNF) vəsaitlərinin xərclənməsi monitorinqinin keçirilməsi üçün təkmilləşdirilmiş mexanizmin işlənib-hazırlanması tələb olunur. Trend bildirir ki, bu barədə iqtisadi araşdırmalar Mərkəzinin sədri Qubad İbadoğlu QHT koalisiyasının "Hasilat sənayesində şəffaflığın artırılması" üzrə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, koalisiya vəsaitlərin ictimai monitorinqini keçirib və belə bir nəticəyə gəlib ki, Neft fonduna gözlənilən daxilolmalarla əlaqədar bunu təkmilləşdirmək lazımdır.

Trend bildirir ki, 2006-cı ildə ARDNF-ə $807 mln., 2007-ci ildə $532 mln., 2008-ci ildə $862 mln. və 2009-cu ildə $1242 mln. həcmində daxilolmalar gözlənilir. Müvafiq olaraq sonrakı dörd il ərzində Neft fonduna $5 mlrd. həcmində vəsait yığılacaq.

Q.İbadoğlunun sözlərinə görə, bu böyük məbləğdir və buna görə də bu vəsaitlərin məqsədəuyğun istifadəsinə nəzarət etmək tələb olunur.

Xəbər lenti

Xəbər lenti