...

Azərbaycan Dövlət Neft şirkəti vahid neft emalı şirkəti yaratmayacaq

Energetika Materials 29 Dekabr 2005 14:37 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) vahid neft emalı şirkəti yaratmayacaq. AR DNŞ rəhbəri Rövnəq Abdullayevin Trend ə verdiyi məlumata görə, şirkət Azərneftyağ NEZ və "Heydər Əliyev adına"(keçmiş Azərneftyanacaq) NEZ-in birləşdirilməsini planlaşdırmır.

"Bu zavodların birləşdirilməsi iqtisadi baxımdan səmərəli deyil. Biz bu zavodları daha da müasirləşdirmək, yeni mexanizmlər quraşdırmaq niyyətindəyik. Onların effektivliyinin artırılması məqsədilə emal proseslərinin tənzimlənməsi üzrə işlər görüləcək", - deyə o qeyd edib.

AR DNŞ hər il bu zavodlarda yataqlardan hasil edilən 6,4 mln ton neft emal edir. Hər iki NEZ arasında neft bərabər bölünür. Azərneftyağ NEZ neft məhsullarının sərbəst ixracatçısıdır. "Heydər Əliyeyev adına" NEZ isə AR DNŞ MİƏİ-nin məhsullarını reallaşdırır.

Azərneftyağ NEZ dizel yanacağı, bitum, mühərrik yanacağı, mazut, müxtəlif növlü yağların, "Heydər Əliyev adına"NEZ isə avtomobil benzini, dizel yanacağı, aviasiya nefti, butan və mazutun istehsalı üzrə ixtisaslaşdırılıb.

Xəbər lenti

Xəbər lenti