...

Bakı-Tbilisi-Ceyhanla texniki neft Türkiyədəki ikinci aralıq stansiyası ilə hərəkət edir

Energetika Materials 5 Yanvar 2006 13:15 (UTC +04:00)

2005-ci il dekabrın sonlarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin texniki neftlə doldurulması xammalın Türkiyədəki birinci nasos stansiyasından (PST-1) ikinci aralıq stansiyası istiqamətində nəql olunmasına imkan verib. Bu barədə Trend ə BTC Co-dan məlumat verilib. BTC-nın doldurulması üçün 10 mln barel Azəri Light sortundan olan neft lazımdır.

"Türkiyədə BTC boru kəmərinin tikintisinin tamamlanması uğurla davam edir. Boru kəmərinin Türkiyə hissəsinin və Ceyhanda terminalının rəsmi inauqurasiya mərasiminin keçitrilməsi bu ilin yazında nəzərdə tutulub", - deyə BTC Co-dan bildirilib.

Qeyd edək ki, indiyə kimi "Şahdəniz" yatağından Gürcüstan və Türkiyəyə qaz ixrac olunacaq 693 km-lik Cənub Qafqaz boru kəmərinin (SCP) 95 %-i tikilib.

Əhəmiyyətli irəliləyiş Gürcüstanın yüksək dağlıq hissələrindən keçən SCP xəttinin hidro yoxlaması çərçivəsində əldə olunub. Bu gün Türkiyənin və Gürcüstanın qaz alması üçün müvafiq olaraq 98% və 95% faiz tikinti-quraşdırma işləri başa çatdırılıb. Türkiyəyə ilk qaz tədarükü 2006-cı il sentyabrın 30-na nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti