...

Barmek Azərbaijan Bakıda sayğacların quraşdırılmasını başa çatdırıb

Energetika Materials 7 Yanvar 2006 13:53 (UTC +04:00)

Barmek Azərbaijan (Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkələrinin operatoru) Bakıda sayğacların quraşdırılmasını başa çatdırıb. Bu barədə Trend ə şirkətin ictimaiyyətlə əldaqə şöbəsinin rəisi Tanpıvepdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, indiyə kimi ümumi sayı 522 min olan məişət cihazı ilə Bakıda, Sumqayıtda və ölkənin şimal-şərq ryonlarında 478 min abunəçi təmin olunub. "Sayğacı olmayan abunəçilərin əsas hissəsi şimal-şərq rayonlarında yerləşir. Barmek Azərbaijan burada işləri 2006-cı ilin II rübündə başa çatdırmaq niyyətindədir", - deyə o bildirib.

2002-ci ildə Barmek Azərbaijan 50 min, 2003-cü ildə 100 min, 2004- -cü ildə 150 min və 2005-ci ildə isə 220 min sayğac quraşdırıb.

Xəbər lenti

Xəbər lenti