...

Gobustan Operating Company Dövlət Neft Şirkətinə qaz satışına başlamaq üçün infrastrukturların tikintisini başa çatdırıb

Energetika Materials 13 Yanvar 2006 12:30 (UTC +04:00)

Gobustan Operating Company Ltd (GOC) Dövlət Neft Şirkəti ilə gələcəkdə qaz əməliyyatlarının aparılması üçün bütün zəruri infrastrukturların tikintisini başa çatdırıb. ARDNŞ-dən Trend ə verilən məlumata görə, "Cənub-Qərbi Qobustan" müqavilə sahəsində qaz kompresor stansiyasının (QKS) tikintisi başa çatdırılıb. Həmin qurğu şirkətə ARDNŞ-ə qaz tədarük etmək üçün zəruridir. Belə ki, QKS-na aparan boru kəmərləri quyulara birləşdirilib.

"Duvannı" yatağındakı 4 qaz quyusundan QKS-na kimi qazın Dövlət Neft Şirkətinin kəmərlərinə daxil olacağı boru kəmərləri çəkilib"", - deyə mənbədən bildirilib. Quyudan çıxan qaz kəmərlərinin ümumi uzunluğu 11 km təşkil edir.

ARDNŞ-dən ilk qazın tədarükünə bütün zəruri infrastrukturların tikintisinin başa çatmasından sonra başlanması nəzərdə tutulub.

ARDNŞ-dən qeyd edək ki, "Qazprom" Açıq Səhmdar Cəmiyyətindən (ASC) idxal olunan qazın qiymətinin 1 min kubmetr üçün 60 dollaradək artması GOC-la müqavilə üzrə alınan qazın dəyərinə təsir etmir. "Qazın qiyməti dəyişmir 1 mln BTU üçün $1.29 təşkil edir", - deyə ARDNŞ-in nümayəndəsi bildirib. 1 mln. BTU üzrə $1.29 1 min kubmetr üçün $46 min təşkil edir.

Birinci mərhələdə GOC sutka ərzində ARDNŞ-ə "Cənub-Qərbi Qobustan"da qazılmış 4 quyudan 400 min kubmetr qaz (ildə 146 mln kubmetr) satmaq niyyətindədir.

"Cənub -Qərbi Qobustan"nın ARDNŞ-lə bağlanmış PSA üzrə işlənməsi ilə GOC əməliyyat şirkəti məşğul olur. Gobustan Operating Company 80% iştirak payı ilə Commonwealth Gobustan Limited-ə, 20% ARDNŞ-ə məxsusdur. Commonwealth Gobustan Limited 37,17% payla Arawak Energy, 62,83% China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Müstəqil neft-qaz məsləhətçisi Ryder Scott-un məlumatına görə, sübut edilmiş neft ehtiyatları 51,6 mln barel neftə, ümumi (sübut edilmiş üstəgəl mümkün) 135,4 mln barel neftə bərabərdir. Bu zaman sübut edilmiş neft ehtiyatları 15,8 mln barel və 214,65 mln kubmetr qaza bərabərdir. Ümumi (sübut edilğmiş üstəgəl mümkün) ehtiyatlar 66,6 mln barel neft və 412,933 mln kubmetr qaz təşkil edir.

Xəbər lenti

Xəbər lenti