...

AR DNŞ-in "Ə.Əmirov" adına NQÇİ qaz hasilatını artırıb

Energetika Materials 2 Fevral 2006 14:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin "Ə.Əmirov" adına neft-qazçıxarma idarəsində aparılmış texniki-geoloji tədbirlər nəticəsində "Kalmaz" sahəsində bərpa olunmuş iki quyudan təxminən 6 mln m3 qaz tədarük olunub. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib.

2006-cı ilin yanvarında idarə tərəfindən 3 mln 35 min m3 qaz hasil edilib ki, bu da həmin ay üçün müəyyən edilmiş göstəricidən 465 min m3 çoxdur.

Xəbər lenti

Xəbər lenti