...

Modul stansiyaların tikintisi paralel sürətlə aparılacaq

Energetika Materials 6 Fevral 2006 16:09 (UTC +04:00)

Azərbaycanda modul stansiyaların tikintisində vaxtın qısa olmasını nəzərə alaraq iki modul stansiyanın eyni vaxtda tikintisi üçün iki qrupun yaradılacağı ehtimal edilir. Bunun nəticəsində paralel olaraq tikinti işləri paralel sürətlə aparıla və layihənin reallaşdırılmasının ümumi prosesi sürətlənə bilər. Bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qruplardan biri Azərbaycanın Şəki rayonundakı, ikincisi isə Xaçmazdakı stansiyanın tikintisi ilə məşğul ola bilər. Hər iki rayonun obyektlərində avadanlığın və texnikanın bir yerə toplanması prosesi, eləcə də bilavasitə tikinti ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

Bu il Şəkidə, Naxçıvanda, Xaçmazda və Bakıda 4 elektrik stansiyasının tikintisinə başlanılıb ki, bu da milli energetika sistemini 450-460 MVt artırmağa imkan verəcək. Modul elektrik stansiyalarındakı yanacağın xərcləri 270 qram şərti yanacaq təşkil edir. Qurğuların DFƏ 45,5%-46%-ə yaxın təşkil edir. Hazırda "Azərenerji" səhmdar cəmiyyəti "Wartsila" (baş podratçı) ilə birgə Astaradakı modul stansiyasının tikintisini başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti