...

Azərbaycanın Energetika Nazirliyi sənayenin inkişafı üzrə proqram hazırlayır

Energetika Materials 14 Fevral 2006 16:38 (UTC +04:00)

Azərbaycanda sənayenin inkişafı üzrə proqramının (hazırda Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanır) reallaşdırılması bir sıra amillərdən, o cümlədən, ölkə parlamentinin həyata keçirdiyi qanun yaradıcılığından, fiskal idarələrin işindən, vergi qanunvericiliyindən, xarici investisiyaların cəlb olunması üçün əlverişli şəraitin yaradılmasından asılı olacaq. Trend in məlumatına görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, bu zaman həm də yerli bazardakı rəqabət və müdafiə məsələlərini nəzərə almaq vacibdir.

Hazırda Nazirlik proqramın ölkənin digər Nazirlik və İdarələri ilə razılaşdırması ilə məşğuldur. Nazirin qeyd etdiyinə görə, hazırda həm də ölkənin ehtiyat bazasının qiymətləndirilməsi də həyata keçirilir. "Buçox vacib amildir. Belə ki, idxal olunan xammaldan istifadə təhlükəli ola bilər və buna görə də istehsalı ondan asılı olaraq qurmaq lazımdır", - deyə o bildirib.

Sənaye və Energetika Nazirliyi Ekologiya və Təbii ehtiyatlar Nazirliyi ilə birgə faydalı qazıntı yataqlarının kadastrını hazırlamaqla məşğuldur. Nəticədə bütün faydalı qazıntı yataqlarının siyahısı hazırlanacaq ki, ondan bu və ya digjər məhmsulların istehsalı zamanı istifadə olunacaq. Bu zamian onların işlənməsinə xarici şirkətlər də cəlb edilə bilər.

N,Əliyev proqramın hazırlanması bütün istiqamətlərdə işlərin aparıldığını bildirib. Onun sözlərinə görə, bu, ölkə sənayesinin emal, metallurgiya, maşınqayırma, yüngül, parça və digər istiqamətlərinə də aiddir.

Xəbər lenti

Xəbər lenti