...

Azərbaycan neftinin qiyməti artmaqda davam edir

Energetika Materials 21 Fevral 2006 13:18 (UTC +04:00)

Fevralın 21-də bir barel AZERI LT CIF neftinin qiyməti $61,30 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $2,18 çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Fevralın 21-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $54,64 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $1,42 çoxdur. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Fevralın 21-də bir barel Brent (DTD) neftinin qiyməti $59,81 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $1,69 çoxdur. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti