...

Dekabrdan Azərbaycanın Lerik və Yardımlı rayonları qazla təmin olunacaq

Energetika Materials 24 Fevral 2006 16:45 (UTC +04:00)

"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti ölkənin cənubunda yerləşən Lerik və Yardımlı rayonlarına qaz çəkilməsi layihəsini həyata keçirmək üçün avadanlıqların və materialların alınmasına başlayıb. Trend in verdiyi məlumata görə, bu barədə QSC-in rəzbəri Əlixan Məlikov məlumat verib. İndiyə kimi bu rayonlara qaz çəkilməyib.

Bu layihənin reallaşdırılması üçün 36 mlrd. manat vəsait tələb olunur. Bu vəsait çərçivəsində regiona qazın nəql olunması və əhalisinin bilavasitə təchiz edilməsi üçün 64 km-lik qaz kəməri magistralının çəkilməsi nəzərdə tutulub.

Bu layihənin həyata keçirilməsi bu ilin noyabr və dekabr aylarında başa çatdırılacaq. Ölkənin Beyləqan və Ağcabədi rayonlarına qazın çəkilməsi 2006-2007-ci illərdə nəzərdə tutulub. Ötən il "Azəriqaz" İmişli rayonunu qazla təmin edib.

Xəbər lenti

Xəbər lenti