AR DNŞ 2006-cı ilin martında Novorossiysk limanından FOB şərtilə 85 min ton Urals neftinin satışı üçün tender elan edib. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.
"Novorossiysk terminalından neft partiyasının daşınması bu ilin martın 30-31-də gözlənilir" -deyə AR DNŞ-də bildirilib.Tender martın 7-də bağlı elan ediləcək. 2005-ci ildə AR DNŞ Novorossiysk limanından 2004-cü ildə daşınmış 2,559 mln. tona qarşı 1,631 mln. ton neft daşıyıb. 2005-ci ilin dekabrında Novorossiyskdən neft daşınması bir ay öncə daşınan 167,2 min ton və 2004-cü ilin dekabrında daşınan 166,3 min tona qarşı 86,5 min ton təşkil edib.
2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi AR DNŞ-dən, Novorossiyskdən daha çox neft alıb - 557 min ton, ikinci yerdə isə LUKOIL şirkətidir - 464 min ton neft alıb.
2006-cı ilin əvvəlindən AR DNŞ-dən neft partiyasını aşağıdakı şirkətlər alıb:
Yanvar - Glencore (85 min ton);
Fevral - Taurus Petroleum (140 min ton).