...

Yaxın günlərdə "Bayva" müəssisələrinin "Azərenerji"nin tabeliyinə keçməsi ilə bağlı hüquqi məsələlər həll olunacaq

Energetika Materials 2 Mart 2006 16:05 (UTC +04:00)

Əvvəllər "Bayva"nın tabeliyində olmuş, indi isə "Azərenerji"nin tərkibinə daxil edilmiş səhmdar cəmiyyətlərin hüquqi varislik prosesinin və bu müəssisələr üzrə ştat cədvəlinin təsdiqlənməsi 10 gün ərzində başa çatacaq. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin press-relizində deyilir.

Yanvar-fevral aylarında prosedurlar "Bayva"nın ləğvi və onun hüquqlarının "Azərenerji"yə verilməsi haqqında prezidentin sərəncamına uyğun olaraq yerinə yetirilib.

Bu işlərin effektiv görülməsi məqsədilə SC-də struktur dəyişikliklər edilib, xüsusilə elektrik enerjisinin satışı və yığımlarla bağlı məsələlərlə məşğul olan, texniki tələblərin yerinə yetirilməsinə nəzarət edən, tabe struktur vahidlərin işini əlaqələndirən yeni idarə yaradılıb.

Gəncə, İmişli, Mingəçevir, Əlibayramlı və Masallıda işin təşkili məqsədilə 5 məhdud məsuliyyətli regional cəmiyyət yaradılıb.

Prezidentin fərmanına əsasən, 2006-cı il martın 1-dən "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə" paylayıcı SC "Azərenerji" SC-nin tərkibinə qaytarılıb. Bu SC 2003-cü ildən "Bayva" tərəfindən idarə olunurdu.

Xəbər lenti

Xəbər lenti