...

"Azərenerji" "Xırdalan" yarımstansiyasındha yeni tarnsformator quraşdırıb

Energetika Materials 3 Mart 2006 14:24 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti "Xırdalan" yarımstansiyasında 250 MVA gücündə olan avtotransformator quraşdırıb. Bu işlər Bakı və Abşeron yarımadasının elektrik təminatını yaxşılaşdırmaq üçün həyata keçirilir. Trend in verdiyi xəbərə görə, bu barədə SC-in mətbuat xidmətindən məlumat verilib.

Yeni transformator Ukraynadan alınıb. "Xırdalan" Bakını enerji ilə təmin edən sistemli yarımstansiyalardan biridir. Stansiyada 3 transformator quraşdırılıb ki,onlardan ikisinin gücü 240 MVA , 3-nün isə 180 MVA-dır. Sonuncu transformator öz ehtiyatlarını tükədib. Ona görə də onu "Azərenerji"nin öz şəxsi ehtiyatları hesabına dəyişdirmək barədə qərar qəbul edilib.

Transformatorun qoyulmasından 20 gün sonra quraşdırma işləri aparılacaq, transformator yağla təmin ediləcək, sınaqdan keçiriləcək və istismara başlanacaq. Bu işlərin başa çatmasınvdan sonra şəhərin Yasamal, Nərimanov, Nəsimi və Binəqədi, qismən Ceyranbatan və Abşeron rayonlarının enerji təminatı yaxşılaşacaq.

Xəbər lenti

Xəbər lenti