...

"Azərenerji" AYİB-in kreditindən imtina edir

Energetika Materials 10 Mart 2006 18:16 (UTC +04:00)

Avropa yenidənqurma və inkişaf bankının (AYİB) "Azərenerji" SC-yə ayırmaq niyyətində olduğu kreditin şərtləri Azərbaycanı təmin etmir, bunun nəticəsində kreditdən imtina edilməsinə dair qərar qəbul edilib. Trend bildirir ki, martın 10-da keçirilən mətbuat konfransında "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bu barədə bəyan edib. Bu vəsaitlərin Mingəçevirdə Azərbaycan İES-in səkkiz enerji blokunun yenidən qurulmasına sərf olunması nəzərdə tutulurdu.

Vitse-prezidentin sözlərinə görə, Avropa bankı Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılmasını şərtlərdən biri olaraq qarşıya qoyub, amma hökumət indi bunu edə bilməz. Bundan başqa, bank üç tranşla eyni vaxtda ödəniş şəklində olmayan kredit vəsaitləri ayırmaq niyyətində idi. Bu, layihənin gerçəkləşdirilməsi müddətinin artırılmasına gətirib çıxarmalı idi. Həmçinin sığorta məsələsi vardı.

M.Əsgərov qeyd edib ki, hazırda bu layihənin gerçəkləşdirilməsi üçün kreditin ayrılması məsələsi ilə bağlı digər banklarla danışıqlar aparılır. Bu layihənin həyata keçirilməsi üçün təxminən $150 mln. lazımdır. Bundan öncə, PA Consulting layihənin texniki iqtisadi əsaslandırmasını (TİƏ) hazırlayıb.

Bu ilin fevralında SC xüsusi vəsaiti hesabına Sankt-Peterburqun "Silovıe maşinı" zavodunun mütəxəssisləri ilə bu stansiyada beşinci enerji blokunun yenidən qurulmasını həyata keçirib. Blokun gücü 100-130 MVt-dan 330 MVt-dək artırılıb. Bununla yanacaq istehlakı xeyli azalıb. Hazırda stansiyanın qalan bütün enerji blokları avadanlıqların köhnəlməsi səbəbindən öz gücünün yarısından da az işləyir və bunun üçün blokların yenidən qurulması vacibdir.

Xəbər lenti

Xəbər lenti