...

Natiq Əliyev: BTC layihəsinin sərfəliliyi əlavə neft həcmlərinin cəlb olunması ilə artacaq

Energetika Materials 25 Mart 2006 12:08 (UTC +04:00)

Aprel ayının birinci ongünqlüyündə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri ilə Qazaxıstan neftinin nəqli ilə bağlı hökumətlərarası hazırlıq danışıqları aparmaq üçün Qazaxıstanın nümayəndə heyəti Bakıya gələcək. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, tərəflər razılaşmadakı Azərbaycan və Qazaxıstan nazirlik və idarələri tərəfindən təklif olunan düzəlişləri nəzərdən keçirməlidirlər. Onların sayı həddən artıqdır. "Biz iradları nəzərə almalıyıq. Ya biz onları qəbul etməliyik və bütün tərəflər bununla razılaşmalıdır, ya da bu düzəlişlərin diqqətə çatdırıla bilməməsini sübut etmək lazımdır", - deyə o bildirib.

N.Əliyevin qeyd etdiyi kimi, BTC-yə nə qədər çox neft cəlb olunarsa, layihənin səmərəliliyi də bir o qədər artar. Bu, buraxılma qabiliyyətini genişləndirməyi və əlavə investisiyaların cəlb edilməsini tələb edir. Ona görə də həmişə qazax istehsalçılarının bel bağladıqları boru kəmərinin sərbəst buraxılış gücü nəzərdən keçirilir. Əgər bu sərbəst güc kifayət etməsə, o zaman BTC-nin genişləndirilməsi üzrə yeni konsepsiya hazırlanmalıdır. Bu zaman tariflər Azərbaycandakı neft istehsalçıları və üçüncü tərəf üçün müxtəlif olacaq. Hərçənd ki, onlar sonrakı kommersiya sənədlərinin hazırlanması zamanı nəzərdən keçiriləcək. Belə ki, həmin vaxtadək onlarda dəyişikliklər ola bilər.

Qazaxıstan neftinin Xəzərlə BTC-yə nəqli üçün yeni donanmanın yaradılması imkanları məsələsinə toxunan N.Əliyev bildirib ki, xarici şirkətlər yükgötürmə qabiliyyəti 60 min ton olan gəmilərin donanmasının yaradılmasını təklif edirlər. Lakin Xəzər Dəniz Gəmiçiliyi İdarəsi yükgötürmə qabiliyyəti 12 min ton olan tankerlərdən istifadə etməyi daha məqsədəuyğun hesab edir. Nazirin sözlərinə görə, əgər belə bir donanma yaradılarsa, onda Azərbaycan öz şəxsi maraqları baxımından oradan iştirak payı almalıdır.

Xəbər lenti

Xəbər lenti