...

ARDNŞ Şotlandiya şirkəti üçün geoloji-geofiziki materiallar hazırlayır

Energetika Materials 27 Mart 2006 13:24 (UTC +04:00)

ARDNŞ Şotlandiyanın Eurasia Energy Limited (keçmiş Pacific Alliance Ientures Ltd.) şirkətinə təqdim edilməsi üçün dəniz "Bloku" ilə bağlı geoloji-geofiziki materialların bir hissəsini hazırlayıb. ARDNŞ-də Trend ə bildirilib ki, Eurasia Energy hazırda materialların və layihənin bütün iqtisadi tərkibinin qiymətləndirilməsinə hazırlaşır.

Dəniz "Blok"u "Ələt-Dəniz", "Hamamdağ-Dəniz", "Qarasu", "Səngi-Muğan", "Ülfət", "Aran-Dəniz", "Daşlı" və "Səbael" yataqlarını əhatə edir. "Blok" Bakının təqribən 70 km-də dayaz sahilyanı sularda yerləşir.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Eurasia Energy gələcək layihənin TİƏ-ni hazırlamaq və onun səmərəli işlənib hazırlanması imkanını öyrənmək istəyir. Əvvəllər ARDNŞ ilə Eurasia Energy Limited arasında memorandum imzalanıb və şirkətə müvəqqəti olaraq bu "Blok" üzrə danışıqlar aparılması üçün eksklüziv hüquqlar verilib.

Eurasia Energy Limited TRACS International Consultancy Ltd.-yə bu layihə çərçivəsində neft mühəndisliyi üzrə məsləhətçi kimi cəlb edilib.

"Blok"da suyun dərinliyi əsasən 20 metr, strukturun sonunda isə maksimum 50 metr səviyyəsinə çatır. "Ələt-Dəniz" 1983-cü ildə açılıb və bu günədək burada 12,5 mln. barel neft və 1 mlrd. m3 qaz hasil edilib. ARDNŞ-in məlumatına görə, "Ələt-Dəniz"də hasil edilməmiş ehtiyatlar 14 mln. bar. neft və 1 mlrd. m3 qaz təşkil edir. Əsas məhsuldar horizont 3700-4500 metr dərinliyində yerləşir.

Xəbər lenti

Xəbər lenti