...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 10 Aprel 2006 13:38 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, aprelin 7-də bir barel AZERI LT CIF neftinin qiyməti $66,91təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,63 azdır. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Aprelin 7-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $61,34təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,66 aşağıdır. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Aprelin 7-də bir barel Brent (DTD) neftinin qiyməti $67,00təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,46 aşağıdır. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti