...

Azərbaycanda yeni elektrik stansiyasının təməli və özülünün qoyulması üzrə əməliyyatlar yerinə yetirilib

Energetika Materials 10 Aprel 2006 14:28 (UTC +04:00)

Azərbaycanın Şəki rayonunda modul elektrik stansiyasının inşasında təməlin və özülün qoyulması üzrə əməliyyatlar yerinə yetirilib. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, əməyi mühafizə xidməti subpodratçıların iştirakı ilə seminar keçirib. Qarşılıqlı fəaliyyət, işlərin ardıcıllığını təmin etmək üçün texnoloji xəritələrin tətbiqi ilə bağlı tövsiyələr verilib, o cümlədən profilaktikaya və zədələnmə hallarının azaldılmasına dair təlimat verilib.

Yaxın vaxtlarda analoji işlər Xaçmaz, Bakı və Naxçıvanda modul elektrik stansiyalarının inşasına başlandıqdan sonra həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti