...

Türkiyədə BTC-nin 3-cü nasos stansiyasının sınaqdan keçirilməsi başa çatıb

Energetika Materials 18 Aprel 2006 12:28 (UTC +04:00)

BTC Co boru kəmər şirkəti Türkiyədə Bakı-Tiflis-Ceyhan boru kəmərinin 3-cü nasos stansiyasının (PST-3) sınağını başa çatdırıb. Hazırda növbəti sahənin sonuncu nasos stansiyasınadək (PST-4) Azeri Light növlü texniki neftlə doldurulmasına başlanıb. Bu barədə Trend ə BTC Co-nun operatoru olan BP-dən məlumat verilib. Türkiyə ərazisində cəmi 4 nasos stansiyası, həmçinin, bir neçə aralıq stansiyalar fəaliyyət göstərir. İlk neft tankerinin Ceyhan limanından mayın sonunda yola salınması planlaşdırılır.

PST-2 və PST-3 arasındakı boru sahəsinin neftlə doldurulmasının yekunlarına görə, BTC boru kəmərində təxminən 6,5 mln barel Azeri Light texniki xammal var.

BTC boru kəmərinin texniki neftlə doldurulması prosesinə 2005-ci ilin mayında başlanıb. Kəmərin neftlə tam doldurulması üçün 10 mln. barel neft lazımdır.

Türkiyə KİV-nin yazdığına görə, neft BTC ilə Ceyhan terminalına mayın 25-dən sonra çatacaq.

BTC konsorsiumunun nümayəndələrinin məlumatına görə, 2006-cı il aprelin 1-nə olan vəziyyət üzrə Türkiyədə layihə işlərinin 99,5%-i yerinə yetirilib. Ceyhan limanında tikinti işləri isə tamamilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti