...

Gobustan Operating Company Azərbaycan üçün kommersiya qazının dəyərini artıra bilər

Energetika Materials 26 Aprel 2006 16:34 (UTC +04:00)

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsini işləyən Gobu¬stan Ope¬rating Com¬pa¬ny Azərbaycan üçün kommersiya sərbəst qazının dəyərini artıra bilər. Trend agentliyinin layihə iştirakçısı Arawak Energy şirkətinə istinadən yaydığı məlumata əsasən, MDB ölkələrində yanacağın qiymətinin qalxması ilə əlaqədar hazırda 1 mln. BTU vahidinə görə 1,33 dollar təşkil edən qazın qiyməti artırıla bilər.

Qeyd edək ki, əvvəllər bu rəqəm 1 mln. BTU vahidinə görə 1.29 dollara bərabər idi.

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsindən hasil olunan qaz əsasən neft-kimya sənayesinin ehtiyaclarını ödəmək üçün istifadə olunur. İxrac olunacaq qazın həcmi yanacağın sabit hasilatının sazlanmasından sonra qiymətləndiriləcək.

Hazırda Azərbaycanın GOC şirkətindən aldığı qaz "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinə daxil olan "Duvannıy" yatağındakı quyulardan hasil edilir. GOC ARDNŞ-ə gündə təxminən 100 min m3 qaz tədarük edir.

Gələcəkdə isə Azərbaycana gündə təxminən 250 min m3 yanacaq vermək nəzərdə tutulub. Lakin 5-ci quyunun istismara verilməsindən sonra satılan qazın həcmi 350 min kub metrə çatacaq. Artıq "Duvannıy" yatağındakı 5 quyuda işlər başa çatıb və hazırda onların ixrac kəmərinə birləşdirilməsi istiqamətində iş aparılır.

ARDNŞ ilə imzalanmış PSA-ya əsasən, "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin işlənməsi ilə GOC şirkəti məşğuldur. GOC-da səhmlərin 80%-i Commonwealth Gobustan Limited, 20%-i isə ARDNŞ-yə məxsusdur. Commonwealth Gobustan Limited şirkətində 37,17% Arawak Energy, 62,83% China National Petroleum Company şirkətlər qurupuna məxsusdur.

Xəbər lenti

Xəbər lenti