Trend in xəbər verdiyi kimi, "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının işlənməsinin 3-cü fazası çərçivəsində tikinti işlərinin demək olar ki, 50%-i başa çatıb. Qazma işlərinin 37%-i yerinə yetirilib. Dayaq blokunun isə 2/3 hissəsi inşa edilib.
"Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi üçün platforma 175 m dərinlikdə quraşdırılmaq üçün nəzərdə tutulub. Bu platformadan hasilata 2008-ci ilin I rübündə başlanması planlaşdırılır. Üçüncü fazanın işlənməsi altı ədəd sualtı subasma quyusundan istifadəni nəzərdə tutur.