...

ARDNŞ yeni yüksək debitli qaz quyusunu istismara verib

Energetika Materials 3 May 2006 12:34 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İB "Günəşli" yatağının dayazsulu hissəsindəki 14 saylı platformada yüksək debitli quyu qazıb. Trend in verdiyi məlumata görə, bu barədə ARDNŞ-dən məlumat verilib.

3525 metr dərinliyi olan quyu sutka ərzində 450 min m3 qaz və 90 ton kondensat debitinə malikdir. O, ehtimal olunan 237 gün əvəzinə 142 günə qazılıb.

Yaxın illər ərzində "Günəşli" yatağında qaz hasilatı ildə 1,-1,5 mlrd. m3 artıb. Hazırda ildə yataqda 2 mlrd. m3 qaz hasil edilir. Bu il yatağın dərin sulu hissəsində quraşdırılan platformada 6 quyunun qazılacağı ehtimal edilir. Onlardan artıq ikisi qazılıb.

Xəbər lenti

Xəbər lenti