...

ARDNŞ yağ satışı haqqında tenderi bağlayıb

Energetika Materials 5 May 2006 17:57 (UTC +04:00)

Azərbaycan dövlət neft Şirkətinin (ARDNŞ) Marketinq və İxrac Əməliyyatları İdarəsi Azərneftyağ NEZ-nun istehsalı olan yağlar partiyasının satışı haqqında tenderi bağlayıb. ARDNŞ-dən Trend ə verilən məlumata əsasən, sənaye yağları partiyasını (I-8A 8000 ton) Sinqapurun Pertrofarm şirkəti alıb. Sənaye yağları Batumi limanı vasitəsilə Türkiyəyə daşınacaq.

Silindrlər üçün yağları (C-11: 1500 ton) Petrolex şirkəti alıb.

Turbin (T-22: 200 ton, T-30: 500 ton), transformator (T-1500: 1000 ton) transmissiya (AK-15: 1200 ton), sənayə yağları (I-20I: 1800 ton, I-40A: 1250 ton) başqa şirkətlər təərfindən alınıb.

Xəbər lenti

Xəbər lenti