Trend agentliyinin Türkiyə KİV-nə istinadən yaydığı məlumata əsasən, Ceyhan limanında ilk tankerin Azərbaycan neftilə doldurulmasına iyunun 2-də başlanacaq. Tankerin tutumu 85 min tondur.
The British Hawtharne tankeri Britaniyanın Catoni gəmiçilik agentliyinə məxsusdur. BTC ilə çatdırılmış ilk neft partiyasını Amerikanın ExxonMobil şirkəti alıb.
Bu həftənin sonuna qədər tanker doldurularaq göndəriləcək. Türkiyə KİV-i yazır ki, Ceyhan limanındakı çənlərin bir hissəsi artıq Azərbaycan neftilə doldurulub.