Azərbaycanın neft emalı zavodlarında neft emalının həcmi 2006-cı ilin yanvar-aprel aylarında 2 mln. 614,1 min ton təşkil edib. ARDNŞ-dən Trend-ə verilən məlumata əsasən, bu, ötən ilin analoji müddətilə müqayisədə 17,8%, 394,08 min ton çoxdur.
Bunun 1 mln. 154,06 min tonu "H.Əliyev adına" NEZ, 1 mln. 460,04 min tonu isə "Azneftyağ" NEZ-in payına düşür. "H.Əliyev adına" NEZ-də neft emalının həcmi ötən ilə nisbətən 4,84 min ton azalıb, "Azneftyağ" NEZ-də isə 398,92 min ton artıb.
2006-cı ilin yanvar-aprel aylarında açıq neft məhsullarının istehsalı ötən ilin analoji dövrilə müqayisədə 149,87 min ton artıb. Bu ilin yanvar-aprel aylarında 1mln. 097,38 min ton açıq neft məhsulları istehsal olunub.
2006-cı ilin yanvar-aprel aylarında Azərbaycanda bəzi neft məhsullarının istehsalı:
 
| Aprel | 2006-cı ilin yanvar - apreli | 2005-ci ilin yanvar-apreli | Dəyişikliyin sürəti | ||
| Fakt | Fakt | Fakt | % | "+,-" | |
| Neft emalı - cəmi | 645,91 | 2614,10 | 2220,02 | 117,8 | 394,08 | 
| "H.Əliyev adına" NEZ | 409,18 | 1154,06 | 1158,90 | 99,6 | -4,84 | 
| Azneftyağ NEZ | 236,73 | 1460,04 | 1061,12 | 137,6 | 398,92 | 
| Benzin - cəmin | 106,61 | 367,34 | 302,38 | 121,5 | 64,96 | 
| - avtomobil benzini | 81,24 | 246,94 | 239,36 | 103,2 | 7,58 | 
| - nafta | 25,37 | 120,40 | 63,02 | 191,1 | 57,38 | 
| O cümlədən kimya üçün | 25,37 | 90,44 | 63,02 | 143,5 | 27,42 | 
| Ağ neft KO-20 - cəmi | 3,55 | 17,12 | 36,04 | 47,5 | -18,92 | 
| "H.Əliyev adına" NEZ | 0,00 | 0,00 | 0,00 | 0,0 | 0 | 
| Azneftyağ NEZ | 3,55 | 17,12 | 36,04 | 47,5 | -18,92 | 
| Dizel yanacağı - cəmi | 186,50 | 719,16 | 608,87 | 118,1 | 110,29 | 
| "H.Əliyev adına" NEZ | 114,62 | 294,10 | 298,22 | 98,6 | -4,12 | 
| Azneftyağ NEZ | 71,88 | 425,06 | 310,65 | 136,8 | 114,41 | 
| Soba mazutu -cəmi | 142,63 | 941,07 | 903,51 | 104,2 | 37,56 | 
| "H.Əliyev adına" NEZ | 77,50 | 435,79 | 515,24 | 84,6 | -79,45 | 
| Azneftyağ NEZ | 65,13 | 505,28 | 388,27 | 130,1 | 117,01 | 
| Neftebitum | 9,93 | 23,15 | 18,20 | 127,2 | 4,95 | 
| Sürtkü yağları | 5,21 | 16,50 | 0,60 | 27,5d | 15,90 | 
| Motor yağı DT- cəmi | 4,88 | 22,97 | 32,82 | 70,0 | -9,85 | 
