BP şirkəti Ceyhanda böyük neft anbarı tikməyi planlaşdırır. Bu barədə, Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, BP şirkətinin Türkiyə bölməsindən xəbər verilib.
"Hazırda şirkət Bakı-Tbilisi-Ceyhan kəmərilə nəql olunan növbəti neft partiyasının göndərilməsinə hazırlaşır. Ehtimallara görə, ikinci partiyanın tankerə doldurulması iyunun ikinci yarısında baş tutacaq" - "BP Türkiyə" şirkətinin koordinatoru Göksu Fırıncı bildirib.
"Hazırda Ceyhan terminalında böyk neft anbarının inşası layihəsi nəzərdən keçirilir" - deyə o əlavə edib.
Britanyianın "Britiş Hotorn" tankeri Ceyhandan İtaliyanın Savona limanı istiqamətində yola düşüb. Gəminin Savona limanına daşıdığı ilk 85 min ton neft "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılıb.
Türkiyənin BOTAŞ şirkətinin nümayəndəsi Gökmen Çoloqlunun sözlərinə görə, BTC kəmərilə nəql olunmuş neftin doldurulması iyunun 4-də başa çatdırılıb. "Tankerin doldurulması prosesində heç bir texniki xarakterli problem aşkarlanmayıb" - deyə o vurğulayıb.